image-1backend

Məşhur aktyor xəstəxanaya yerləşdirildi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, məşhur aktyor Mixail Boyarski təcili olaraq Sankt-Peterburq xəstəxanalarından birinə yerləşdirilib. Telegram kanalı 112 xəbər verir ki, onun ürəyində problem var.Mənbənin sözlərinə görə, həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Bu, Boyarskinin son bir ayda ikinci xəstəxanaya yerləşdirilməsidir.Xatırladaq ki, noyabrın 28-də Boyarski təcili olaraq Sankt-Peterburqun Mariinski xəstəxanasına yerləşdirilib. Oğlu Sergeyin sözlərinə görə, aktyor infarkt keçirib.Dekabrın 26-da Mixail Sergeyeviçin 74 yaşı tamam olub. Boyarski hələ də teatr və kinoda oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki