image-1backend

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

image-reklam_sirab_01

Çinli aktyor Ceki Çan dekabrın 25-də təcili olaraq Şanxaydakı Lin Şan xəstəxanasına yerləşdirilib. Vətəninfo.az xəbər verir ki, onun vəziyyəti ağır qiymətləndirilir. KİV-lər bildirir ki, sənətçinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı bütün xəbərlər Çin sosial şəbəkələrindən aktiv şəkildə silinir və bu barədə məlumat verən hesablar bloklanıb.

Aktyorun vəziyyəti ilə bağlı hələ də rəsmi məlumat yoxdur, Ceki Çanın ailəsi və dostları da onun səhhətinin vəziyyəti ilə bağlı açıqlama vermirlər.

Balkanlarda çəkilişlər zamanı aktyorun ağır kəllə-beyin travması aldığı və mürəkkəb əməliyyat keçirdiyi məlum olub. Onun dayaq-hərəkət problemləri var idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki