image-reklam-veteninfo
image-1backend

Moskvada bütün təyyarə reysləri təxirə salındı

image-reklam-veteninfo

Moskva və Moskva vilayətini vuran qar fırtınası səbəbindən paytaxt hava limanlarında 70-dən çox reys gecikib və ya təxirə salınıb.Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazır.

Məlumata görə, “Şeremetyevo” hava limanında 34, “Domodedovo” hava limanında 17 reys gecikib. “Vnukovo”da üç reys ləğv edilib, 13-ü təxirə salınıb.

Paytaxtın digər hava limanı “Jukovski”də isə 6 reys gecikib.

Ötən gün Moskvada güclü qar yağması qeydə alınıb ki, bu da son 145 illik meteoroloji müşahidələr ərzində rekord göstərici olub.

Qeyd olunur ki, 12 saat ərzində yağıntının miqdarı 10,7 millimetr olub. O cümlədən, hava şəraiti Moskvanın Novorijskoye şossesində 20 avtomobilin toqquşduğu 9 qəzaya səbəb olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki