Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında yağan qar səbəbindən azı 35 reys gecikib, daha 4 reys təxirə salınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti “Yandex Cədvəli” xidmətinə istinadən xəbər verir
Moskva vaxtı ilə saat 07:24-ə olan məlumata görə, Vnukovoda 14 reys gecikib, 3-ü ləğv edilib, Domodedovoda 14 reys gecikib, biri ləğv edilib, Şeremetyevoda 7 reys gecikib.
Yeri gəlmişkən, “Fobos” meteoroloqlarının məlumatına görə, Moskvada bir gündə aylıq yağıntı normasının 35 faizi qeydə alınıb.


























