Şimali Atlantika Müqaviləsi Təşkilatı regional ittifaq olaraq qalacaq, lakin qlobal çağırışlara cavab vermək üçün Hind-Sakit okean regionunda tərəfdaşlarla işləməlidir. Vətəninfo.az-ın məlumatına görə, bu barədə TASS NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldə keçirilən mətbuat konfransında verdiyi açıqlamaya istinadən xəbər verir .
“NATO Avropa və Şimali Amerika üçün regional ittifaq olaraq qalacaq, lakin biz qlobal problemlərlə üzləşirik, ona görə də dəyərlərimizi və maraqlarımızı qorumaq üçün Hind-Sakit okean regionu da daxil olmaqla tərəfdaşlarla daha sıx işləməliyik” dedi.


























