image-1backend

Netanyaho adını Qəzza qəssabı kimi tarixə yazdı – ƏRDOĞAN

image-reklam_sirab_01

“İsrail baş naziri Benyamin Netanyaho adını Qəzza qəssabı kimi tarixə yazdı”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplatısında çıxışı zamanı səsləndirib. Türkiyə lideri deyib ki, oktyabrın 7-dən etibarən İsrailin Qəzzada həyata keçirdiyi soyqırım belə deməyə əsas verir:

“Qəzzada həyata keçirilən soyqırımda Netanyaho ilə yanaşı, ona dəstək verən ölkələr və onların liderləri də bir o qədər məsuliyyət daşıyırlar”.

Ərdoğan “Bundan sonra da Türkiyə dövləti olaraq Qəzzaya dəstəyimiz davam edəcək”,-deyə vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki