image-1backend

Netanyahu: “Humanitar fasilə hər 10 israilli əsir üçün bir gün uzadıla bilər”

image-reklam_sirab_01

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra Qəzza zolağında gündə əlavə 10 girovun azad edilməsi şərti ilə dörd günlük humanitar atəşkəsin uzadılması imkanını müsbət qiymətləndirdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Netanyahu İsrail Baş Nazirliyinin “X” sosial media hesabında yayımlanan videomüraciətində ABŞ Prezidenti Co Baydenlə telefon danışığı apardığını bildirib.

Bidenlə görüşü ilə bağlı açıqlama verən Netanyahu “Həmas” tərəfindən azad edilən hər 10 israilli məhbus üçün humanitar fasilənin bir gün uzadılmasına dair çərçivəsini müsbət qiymətləndirdiyini bildirib.

ABŞ Prezidenti Co Baydenə “bu çərçivə bitdikdən sonra məqsədlərinə çatmaq üçün bütün gücləri ilə geri dönəcəklərini” dediyini vurğulayan İsrail baş naziri hədəflərini “Həmas”ı məhv etmək, Qəzzanın keçmişdəki vəziyyətinə qayıtmayacağına əmin olmaq və israilli əsirləri geri qaytarmaq” olaaq sadalayıb.

Digər tərəfdən, “Həmas” da dünən axşam saatlarında daha çox əsiri azad etmək üçün İsraillə qarşıdurmada “humanitar fasiləni” uzatmağa cəhd etdiklərini açıqlayıb.

Qeyd edək ki, İsrail və “Həmas”arasında toqquşmalarda 4 günlük “humanitar fasilə” ilə bağlı razılaşma 24 noyabr cümə günü saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.

Razılaşmaya əsasən, “Həmas”ın saxladığı 50 israilli əsirin əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var.

“Həmas” elan edib ki, humanitar fasilə Qəzzanın bütün bölgələrinə çatdırılacaq 200 yardım maşını və 4 yanacaq tankerinin gündəlik girişini əhatə edir.

Razılaşma çərçivəsində indiyədək Qəzza zolağından 39 israilli qadın və uşaq, İsrail həbsxanalarından isə 117 fələstinli qadın və uşaq azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki