image-1backend

Netenyahu Baydenə söz verdi: Bu şərtlə…

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra bildirib ki, gündə əlavə 10 girovun azad edilməsi şərti ilə Qəzza zolağında dörd günlük humanitar fasilənin uzadılması imkanını müsbət qiymətləndirir.

Vətəninfo.az xəbər verir ki, İsrail baş nazirinin ofisi tərəfindən yayımlanan videomüraciətdə Netanyahu Bayden ilə Qəzzadan daha bir girov qrupunun azad edilməsini müzakirə etdiyini bildirib və söhbəti “çox emosional” adlandırıb.
“Amma buna əlavə olaraq onu da demək istəyirəm ki, bizim gündə 10 girovu azad etmək imkanımız var. Bu, gözəl bir şeydir”, – İsrailin baş naziri bildirib.

Eyni zamanda, o vurğulayıb ki, fasilə bitdikdən sonra İsrail istənilən halda Fələstin anklavında hərbi əməliyyatların aparılmasına qayıtmaq niyyətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki