image-1backend

Pakistan Əfqanıstanı bombaladı

image-reklam_sirab_01

Pakistan Əfqanıstanda Pakistan Talibanının sığındığı iddia edilən yerləri bombalayıb.

Vətəninfo.az xəbər verir ki, adının açıqlanmasını istəməyən iki pakistanlı təhlükəsizlik və kəşfiyyat zabitinə əsaslandırılan məlumata görə, ordu səhər saatlarında Əfqanıstanın Pakistan sərhədindəki Xost və Paktika əyalətlərində Pakistan Talibanına aid olduğu iddia edilən sığınacaqları hədəfə alıb.

Pakistan ordusu məsələ ilə bağlı açıqlama verməsə də, Pakistan Talibanı hücumları təsdiqləyib.

Əfqanıstandakı Taliban administrasiyasının sözçüsü Zəbihullah Mücahid hadisəni pisləyərək, Paktikanın Barmal bölgəsindəki hücumlarda 3 qadın və 3 uşağın, Xostdakı hücumlarda isə 2 qadının öldüyünü bildirib.

Martın 16-da Pakistanın Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində bir hərbi post bomba yüklü maşınla hücuma məruz qalıb, ardınca çoxlu sayda intiharçı hücumu olub. Hücumlar və sonrakı əməliyyatlar zamanı 7 Pakistan əsgəri həyatını itirib, 6 silahlı isə öldürülüb.

Qeyd edək ki, Pakistan prezidenti Asif Əli Zərdari əsgərlərin dəfn mərasimində iştirak edib və qisas alacağını vəd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki