Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis ölüb, 10-u yaralanıb.
Vətəninfo.az xəbər verir ki , bu barədə “Daily Pakistan” qəzeti xilasedicilər və polisə istinadən məlumat yayıb.
İlkin məlumata görə, polis maşını partlayıb. Poliomielit peyvəndi zamanı təhlükəsizliyin təmin edilməsinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.