image-2backend

Paşinyandan əhaliyə şok xəbərdarlıq: “Bunu etməsək, 1 həftəyə müharibə başlayacaq”

image-reklam_sirab_01

İrəvan sərhəd kəndləri məsələsində Bakı ilə güzəştə getməsə, bir həftə sonra müharibə başlaya bilər.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə bildirib. Görüşün detallarını hökumətin mətbuat xidməti yayıb.

O əlavə edib ki, İrəvan sərhədyanı kəndlərlə bağlı Bakı ilə razılaşmasa, hadisələrin bu cür inkişafı mümkündür: “Gedək (Azərbaycana – red.) deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq. Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”.

Paşinyan izah edib ki, silahlı münaqişədən sonra yerli sakinlər ondan hərbi əməliyyatlar təhlükəsi barədə məlumatı olub, onları niyə əvvəlcədən xəbərdar etmədiyini soruşacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki