image-1backend

“Pəncə-Kilid” əməliyyatı bölgəsində daha 5 terrorçu zərərsizləşdirilib

image-reklam_sirab_01

“Pəncə-Kilid” əməliyyatı bölgəsində daha 5 terrorçu zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, bununla da noyabrın 20-də bölgədə zərərsizləşdirilən terrorçuların sayı 10-a yüksəlib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib:

“İraqın şimalında “Pençe-Kilid” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız piyada leytenant Abdullah Köseni şəhid edən PKK terrorçularına qarşı əməliyyatlarımız güclü şəkildə davam edir. Şəhidimizin qanını yerdə qoymayan qəhrəman Mehmetcik, bölgədə daha 5 terrorçunu zərərsizləşdirdi. Bununla da zərərsizləşdirilən terrorçu sayı 10-a yüksəldi. Şəhidimizə Allahdan bir daha rəhmət, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı və səbr diləyirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki