2023-cü il oktyabrın 17-dən etibarən Amerikanın İraq və Suriyadakı hərbi bazalarına edilən hücumların sayı 130-a çatıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Departamentinin mətbuat katibi Patrik Rayder brifinqdə məlumat verib.
“Bu günə kimi hücumların ümumi sayı 130-dur.
Rayder 53 hücumun İraqdakı, 77-nin Suriyadakı Amerika hərbi bazalarına edildiyini açıqlayıb.
Rayder 19 noyabr 2023-cü ildən bəri Yəmənin Husilər hərəkatının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının 27-yə çatdığını təsdiqləyib.
Bundan əvvəl şiə qrupları öz Telegram kanallarında yaydıqları açıqlamada ABŞ-a Suriya və İraqda silahlı əməliyyatların sayını artıracaqları barədə xəbərdarlıq etmişdilər, çünki “Vaşinqton Qəzzada dinc sakinləri qətlə yetirən İsrail ordusuna hərbi yardım göstərməkdə davam edir. “