image-1backend

“PKK-nı məhv etmək üçün hərbi ittifaq yaradılmalıdır”- Doğu Perinçək

image-reklam_sirab_01

Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək Kürdüstan Fəhlə Partiyasının əməlləri nəticəsində yaranan terror təhlükəsini aradan qaldırmaq üçün Türkiyə ilə İraq, İran, Rusiya və Suriya arasında hərbi ittifaq yaratmaq təşəbbüsü ilə çıxış edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti yazır.

Qəzet siyasətçinin bəyanatından sitat gətirib: “Suriya və İraqın şimalında separatçı və yalançı islam terror təşkilatlarını məhv etmək üçün dərhal Suriya, İraq, İran və Rusiya ilə hərbi əməkdaşlıq qurmaq lazımdır”.

Xatırladaq ki, ötən həftənin sonunda PKK silahlıları İraqın şimalında türk hərbçilərinə hücum etmiş, nəticədə 9 əsgər şəhid olmuşdu. Türkiyə Hərbi Hava Qüvvələri buna cavab olaraq Şimali İraq və Suriyada bir neçə əməliyyat keçirib, 70-dən çox terrorçu məhv edilib, onların sığınacaqları, maddi-texniki infrastrukturu, neft anbarları və digər obyektləri məhv edilib.

Perincek Türkiyənin dərhal NATO və ABŞ administrasiyasına etiraz notası göndərməsini dəstəklədiyini də ifadə edib. Burada qeyd etmək lazımdır ki, bundan sonra Ankaranın müttəfiqləri “türk əsgərinə vurulan ilk atəşə” görə məsuliyyət daşıyacaqlar.

Bundan əlavə, o, Türkiyədə yerləşən ABŞ və NATO bazalarının dərhal türk ordusu tərəfindən nəzarətə götürülməsini və Türkiyə parlamentinin İsveçin NATO-ya üzv olmaq ərizəsini rədd etməsini təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki