image-1backend

Putin yenidən Rusiya prezidenti oldu

image-reklam_sirab_01

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin 87,33 faiz səs toplayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası protokolların 99,55 faizinin işlənməsindən sonra məlumat verib.

Prezidentliyə namizədlər arasında Nikolay Xaritonov 4,30 faiz, Vladislav Davankov 3,82 faiz, Leonid Slutski 3,20 faiz səs toplayıb.

Moskva vaxtı ilə saat 20:37-yə olan məlumata görə, seçicilərin ümumi fəallığı 74,22% təşkil edib.
Putinin nəticəsi müasir Rusiya tarixində rekorddur. 2018-ci ildə 76,69%, 2012-ci ildə 63,6% toplayıb. Dmitri Medvedev 2008-ci ildə 70,28% səslə qalib gəlib.

2004 və 2000-ci illərdə Putin müvafiq olaraq 71,31% və 52,9% səs toplayıb.
1996-cı ildə Boris Yeltsin 53,82% səslə ikinci turda qalib gəldi.

İlkin məlumatlara görə, bu seçkilərdə Putin Rusiya Federasiyasına qoşulan yeni bölgələrdə 88-95 faiz səs toplayıb.

Uzaqdan elektron səsvermədən istifadə edən seçicilər arasında Putin Moskva və Kalininqrad istisna olmaqla, 87,4% səs toplayıb. Paytaxtda MSK-nın məlumatına görə, o, 89,1% səs toplayıb.

Daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib ki, idarə seçkilərin nəticələrinə təsir edə biləcək hər hansı qanun pozuntusunu aşkar etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki