image-1backend

Qalmaqal böyüyür: İraq İrandakı səfirini geri çağırdı

image-reklam_sirab_01

İranın ölkədəki hədəflərə raket hücumundan sonra İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bu gün, çərşənbə axşamı İraq Xarici İşlər Nazirliyi İranın Ərbilə son hücumları nəticəsində bir neçə nəfərin ölümü və yaralanması ilə əlaqədar İraq Respublikasının Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İraq Kürdüstanının paytaxtı Ərbil rəsmiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) şəhərdəki obyektlərə hücumları nəticəsində 4 nəfərin həlak olduğunu, 6 nəfərin isə yaralandığını bildirmişdi. İslam İnqilabı Keşikçiləri Korpusu ballistik raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürərək, zərbənin İran əleyhinə terror qruplaşmalarının bazalarını məhv etdiyini bildirib.

İraq İranın bu addımını suverenliyinə qarşı qəsd adlandırıb.Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki