image-reklam-veteninfo
image-1backend

Qazaxıstanda dəhşətli yanğın: 13 nəfər həlak oldu

image-reklam-veteninfo

Bu gün səhər saatlarında Almatıda yataqxana binasında yanğın baş verib, nəticədə 13 nəfər ölüb.
Vətəninfo.az  TASS istinadən  xəbər verir ki, bu barədə şəhər fövqəladə hallar idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yanğın söndürülüb, ölənlər isə ilkin versiyaya görə, şmol qazı ilə zəhərlənib.
Almatı Səhiyyə İdarəsinin mətbuat xidməti iki qurbanın təcili xəstəxanaya aparıldığını bildirib.

“Bir zərərçəkmiş qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır, stabildir, ikinci xəstə bütün müayinələrdən sonra ambulator müalicəyə göndərilib.
Bütün zərərçəkənlərə lazımi tibbi yardım, o cümlədən psixoloji yardım göstərilir”, – deyə idarənin mətbuat xidmətindən bildirilib.

Son məlumatlara görə, yataqxanada 72 nəfər olub, onlardan 59-u təxliyə edilib. Hadisənin səbəbləri aydınlaşdırılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki