image-1backend

” Qərb maliyyəni dayandırsa ukraynalı təqaüdçülər öləcək” – Zelenski

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Latviyaya səfəri zamanı şikayət edib ki, Qərb dövlətləri ölkəni maliyyələşdirməyi dayandırsa, ukraynalı təqaüdçülər öləcək.
Ukraynanın “Strana.ua” nəşri onun sözlərini sitat gətirir.

O qeyd edib ki, xarici maliyyə olmadan Kiyev pensiyaçılara pensiya ödəyə bilməyəcək.

“Mən ümidsiz olmaq  istəmirəm, amma pensiya olmasa qocalar öləcək. Bizim 11 milyondan çox pensiyaçımız var, Avropada heç olmasa belə bir ölkə varmı?”, – deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki