image-1backend

“Qərb Ukraynanı aldatdı” – Çexiya prezidenti

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Çexiya prezidenti Petr Pavel İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Qərb Ukrayna silahlı qüvvələrini artilleriya mərmiləri ilə təmin etmək vədlərini yerinə yetirməyib, F-16 pilotlarının təlimi lazımi tempdə getmir.

Pavelin sözlərinə görə, döyüş sursatının tədarükü Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsi üçün kifayət etməyib.

Çexiya rəhbəri qeyd edib ki, hətta Kiyevi dəstəkləyən ölkələrdə də qeyri-müəyyənlik artır. Onun fikrincə, bu, ukraynalıların məyusluğunun artmasına səbəb olacaq.

Pavel vurğuladı ki, tədarüklə bağlı belə qeyri-müəyyənlik Ukraynada hərbi planlaşdırmaya mane olur.

O, cari ilin “uğurun əsaslarının qoyulması üçün həlledici” olduğu və 2024-cü ilin daha çətin olacağı fikrini də ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki