Qəzza zolağında xəstəxanalar arasında əlaqə kəsilib, məlumatların yenilənməsi çətinləşib.
Vətəninfo.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra bildirib.
“Qəzza zolağında xəstəxanalar arasında istənilən əlaqə kəsilib və bu, məlumatın yenilənməsini çətinləşdirir”, – nazirliyin sözçüsü Telegram kanalında dərc olunan bəyanatda bildirib.
Onun sözlərinə görə, İsrail hərbçiləri Qəzza zolağında 700-ə yaxın insanın olduğu İndoneziya xəstəxanasının ətrafındakı halqanı bərkitməkdə davam edir.