image-reklam-veteninfo
image-1backend

Qəzzada 2 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var-  BMT

image-reklam-veteninfo

Qəzza zolağında ən azı 2,2 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var. Vətəninfo.az-ın məlumatına görə , bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

“Mövcud qida sistemləri yoxa çıxır. Ehtiyacı olanlara kömək etmək üçün ÜƏP və tərəfdaşlarımız daha yaxşı çıxışa və yanacaq, qaz və rabitə kimi resurslara ehtiyac duyurlar”, – təşkilat X sosial platformasında yazıb.

Ümumdünya Ərzaq Proqramının hesablamalarına görə, Qəzza zolağı və İordan çayının qərb sahilində 700 mindən çox fələstinliyə ərzaq və pul yardımı edilib. Təşkilat daha əvvəl diqqət çəkmişdi ki, qarşıdurma başlayandan bəri lazım olan qidanın yalnız 10%-i Qəzzaya daxil olur.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının 1200 nəfəri öldürdüyü və 240 nəfəri əsir götürdüyü İsrailə hücum etdikdən sonra regionda vəziyyət gərginləşib. İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 5600-ü uşaq olmaqla azı 13300 fələstinli qurban var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki