image-1backend

Qəzzada müharibə başlayandan bəri 57 jurnalist öldürülüb

image-reklam_sirab_01

Jurnalistləri Müdafiə Komitəsi müharibə başlayandan bəri Qəzzada 57 jurnalist və media işçisinin öldüyünü təsdiqləyib.Vətəninfo.az xəbər verir ki, bu barədə Tasnim agentliyi Jurnalistlərin Müdafiəsi Komitəsinə istinadən məlumat yayıb.

Jurnalistləri Müdafiə Komitəsi 19 jurnalistin hələ də həbsdə olduğunu vurğulayaraq, qurbanlar arasında 50 fələstinli, 3 livanlı olub.

Komitə jurnalistlərin zorakılıq və ya təhdidlərlə üzləşməsi ilə bağlı çoxsaylı təsdiqlənməmiş məlumatları fəal şəkildə araşdırır, münaqişələr zamanı onların mülki statusunu vurğulayır.

Jurnalistlər birlikləri BMT-nin baş katibini və Beynəlxalq Jurnalistlər Federasiyasının prezidentini Fələstində jurnalistlərin müdafiəsi ilə bağlı qəti mövqe nümayiş etdirməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki