Oktyabrın 7-dən bəri mühasirədə olan Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 23 min 357 nəfərə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi əməliyyatlar nəticəsində 59 410 nəfərin yaralandığı bildirilir.
Yalnız son 24 saat ərzində 147 nəfər İsrailin hücumlarının qurbanı olub, daha 243 sakin yaralanıb.


























