image-1backend

Qüdsdə terror: İki nəfər öldü

image-reklam_sirab_01

Səhər saatlarında Qüdsün girişi yaxınlığında atışma baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti son dərəcə ağırdır. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Həlak olanlar 24 yaşlı qadın və 73 yaşlı kişidir. Polisin məlumatına görə, M16 tüfəngi və tapança ilə silahlanmış Şərqi Qüdsdən olan iki terrorçu səhər saatlarında şəhərin qərb girişinə gələrək yaxınlıqdakı avtobus dayanacağında dinc sakinlərə atəş açmağa başlayıb. İki atıcıdan biri təhlükəsizlik qüvvələri tərəfindən, digəri isə hadisə yerində olan mülki şəxs tərəfindən öldürülüb.

Polis ərazini mühasirəyə alıb və başqa hücum edənlərin olmadığından əmin olmaq üçün axtarışlara başlayıb. Yerusəlimə gedən magistral yollardan biri bağlanıb.

ABŞ-ın İsraildəki səfiri, eləcə də Avropa İttifaqının səfiri terror aktını pisləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki