image-1backend

“Qüdsdə terror törədən HƏMAS üzvləridir” – “The Jerusalem Post”

image-reklam_sirab_01

Qüdsdə baş verən atışma nəticəsində ölənlərin sayı 3-ə çatıb. 60 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Yaralıların sayı 5 nəfərdir. Vətəninfo.az  xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Bundan əvvəl səhər saatlarında Qüdsün girişi yaxınlığında baş verən atışma nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin yaralandığı barədə məlumat vermişdik . İki atıcıdan biri təhlükəsizlik qüvvələri tərəfindən, digəri isə hadisə yerində olan mülki şəxs tərəfindən öldürülüb.

İsrail terrorçuların Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqəsi olan Şərqi Qüdsdən olan iki qardaş olduğunu açıqlayıb. Qardaşlardan biri 2010-2020-ci illərdə Qəzzada terror aktları törətməyə cəhd etdiyi üçün İsraildə, digər qardaş isə 2014-cü ildə terror fəaliyyətinə görə həbs olunub.

Jerusalem Post-a bildirir ki, iki terrorçunun avtomobilindən külli miqdarda sursat tapılıb.

Hadisə İsrail və HƏMAS-ın atəşkəsi daha bir gün uzatmağa razılaşdığı zaman baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki