image-1backend

Quterreş:‘‘Beynәlxalq ictimaiyyәt Qəzzaya humanitar yardım çatdırmaq üçün hərəkətə keçməlidir”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres beynəlxalq ictimaiyyəti Qəzza xalqına humanitar yardım çatdırmaq üçün hərəkətə keçməyə çağırıb.

BMT mətbuat katibinin müavini Fərhan Haq keçirdiyi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

BMT-yə tabe olan təşkilatlar tərəfindən hazırlanan İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Təsnifatı (IPC) hesabatında Qəzzanın şimalındakı əhalinin 70 faizinin dəhşətli aclıqla üz-üzə olduğunu abildirilib.

Antonio Quterreşin niyə “fövqəladə” addımlar atmadığı sualını cavablandıran Fərhan Haq deyib: ”Baş katib fövqəladə addımların atılmasının vacib olduğunu hesab edir”.

Fərhan Haq bəyan edib ki, Antonio Quterreş beynəlxalq ictimaiyyəti Qəzza xalqına humanitar yardım çatdırmaq üçün hərəkətə keçməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki