image-1backend

Rəcəb Tayyib Ərdoğan: ”Fələstinin bizim qəlbimizdə xüsusi yeri var”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyəni Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Əsrin ən böyük vəhşiliklərindən birinə şahid oluruq. Qərb güclərinin qeyri-məhdud dəstəyi ilə Netanyahu administrasiyası Fələstin xalqına qarşı açıq soyqırım həyata keçirir. Netanyahu və onun cinayət ortaqları hər bir cinayətə görə mütləq cavab verəcəklər”.
Rəcəb Tayyib Ərdoğan bu sözləri Fələstin dövlət başçısı Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında deyib.
”Türkiyə hər zaman Fələstin məsələsini dəstəkləyib. Fələstinin bizim qəlbimizdə xüsusi yeri var. Bugünkü görüşdə Fələstindəki son vəziyyəti müzakirə etdik. Onlar tarixlərinin ən çətin dövrlərindən birini yaşayırlar. İsrailin günahsız insanlara qarşı həyata keçirdiyi hücumlarda minlərlə fələstinli həyatını itirib. 2 milyona yaxın fələstinli evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail günahsız insanların üzərinə bombalar ataraq qətlə yetirir. Ölkəmizin xəstəxanalarında minə yaxın yaralı müalicə olunur. Netanyahu və onun ortaqları tökdükləri qana görə mütləq qanun qarşısında cavab verəcəklər”,-deyə Türkiyə Prezidenti vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki