Vətəninfo.az İRNA istinadən xəbər verir ki, İranın Moskvadakı səfirinin Rusiya prezidentinin köməkçisi İqor Levitin ilə görüşdə müzakirə edilən ən vacib mövzularından biri də İran və Rusiya arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın davam etdirilməsi, o cümlədən Rəşt Astara dəmir yolu layihəsinin tikintisinə dair razılaşma olub.
Levitin İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüşdə Tehrana son səfərinə və İran rəsmiləri ilə apardığı danışıqlara toxunaraq, bir daha Rusiyanın Şimal Cənub_Dəhlizi layihəsində iştirak etməyə hazır olduğunu vurğulayıb.


























