Rusiya bu regionda əsas oyunçudur. –Vətəninfo.az xəbər verir ki,bu fikirləri erməni deputat Tiqran Abramyan bildirib.
Erməni deputat qeyd edib ki, biz Rusiyanın gücünü unutmamalıyıq.
“Əsas problem Ermənistan hökumətinin Rusiya ilə müxtəlif məsələlərdə fikir ayrılığının olması deyil. Müxtəlif mövzularda fikir ayrılıqlarının olması təbiidir. Vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Ermənistan hakimiyyəti bütün bunları mütəmadi olaraq gərginləşdirir, toqquşmalara gətirib çıxarır və onu elə bir həddə çatdırmağa çalışır ki, ondan kənarda əvvəlki münasibətlərə qayıtmaq mümkün olmayacaq. Biz Rusiyadan qorxmalıyıq. Çünki Rusiya regionun əsas söz sahibidir”- deyə Abramyan bildirib.


























