image-1backend

Rusiya əhalisi xofda: Ukrayna dronları hər an onları izləyir

image-reklam_sirab_01

Rusiyada əhali təşviş içərisindədir. Vətəninfo.az xəbər verir ki, Ukraynaya aid pilotsuz uçuş aparatları Rusiya əhalisini təşvişə salır. Son günlər dron uçuşlarının sayı durmadan artır. Voronej qubernatoru Aleksandr Qusevin teleqram postuna əsasən, səhər saatlarında Voronej vilayətində üç pilotsuz təyyarə vurulub. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Kursk qubernatoru Roman Starovoit Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində Jeleznoqorsk vilayətində yanacaq və kimyəvi materiallar anbarında yanğının başladığını təsdiqləyib. “Yanacaq anbarı yanır, tələfat yoxdur. Hadisə yerinə operativ xidmətlər gəlib”, – o, Telegram kanalında bildirib.

Belqorodda hava hücumundan müdafiə sistemi Blijnee kəndi yaxınlığında təyyarə tipli pilotsuz uçan aparatı vurub, operativ xidmətlər fəsadlar barədə məlumatı yerdə yoxlayır, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur, deyə Belqorod rəhbəri  Vyaçeslav Qladkov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki