image-1backend

Rusiya MN: Ukraynadakı hərbi ünsürləri vurduq

image-reklam_sirab_01

Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi sənaye elementlərinə dəniz və havadan uzaqmənzilli, yüksək dəqiqlikli silahlar, o cümlədən hipersəs “Kinjal” raket kompleksi ilə hücum edildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı məlumat verilib.

Açıqlamada Rusiya hərbi qüvvələrinin hücumlarını davam etdirdiyi qeyd edilib.

“Səhər saatlarında Ukraynanın hərbi sənaye elementlərinə dəniz və havadan uzaqmənzilli yüksək dəqiqlikli silahlar, o cümlədən hipersəs “Kinjal” raket kompleksi ilə hücum həyata keçirilib” açıqlamada deyilib.

Açıqlamada son 24 saat ərzində Ukrayna ordusuna aid 14 pilotsuz uçuş aparatının vurulduğu bildirilib və qeyd edilib ki, hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusuna məxsus 567 təyyarə, 265 helikopter, 10 min 540 PUA, 447 hava hücumundan müdafiə raket sistemi, 14 min 536 tank və zirehli texnika, 1201 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 7 min 666 haubitsa və minaatan ilə 17 min 210 xüsusi hərbi maşın məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki