image-1backend

Rusiya və Çin Ayda AES qurmağı müzakirə edirlər

image-reklam_sirab_01

Rusiya Federasiyası “Roskosmos” kosmik agentliyinin rəhbəri Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda atom elektrik stansiyası qurulması planını nəzərdən keçirirlər. Vətəninfo.az xəbər verir ki, Rusiya müdafiə nazirinin keçmiş müavini, həmçinin Moskva və Pekinin Ay proqramı üzərində birgə iş apardığını və onun ölkəsinin “nüvə kosmik enerjisi” sahəsində təcrübəsi ilə bu fəaliyyətə töhfə verə biləcəyini deyib.

Rusiya mediası xəbər verir ki, Y.Borisov bildirib: “Bu gün biz çinli həmkarlarımızla birlikdə 2033-2035-ci illərdə Ayın səthinə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini ciddi şəkildə nəzərdən keçiririk”. Onun sözlərinə görə, günəş panelləri gələcəkdə Aydakı yaşayış məntəqələrini kifayət qədər elektrik enerjisi ilə təmin edə bilməyəcək, nüvə enerjisi isə bunu edə bilər. “Bu, çox ciddi çağırışdır, həmçinin avtomatik rejimdə, insanların iştirakı olmadan həyata keçirilməlidir”, -deyə Rusiya rəsmisi vurğulayıb.

Borisov Rusiyanın nüvə enerjisi ilə işləyən kosmik yük gəmisi inşa etmək planlarından da danışıb. Onun sözlərinə görə, nüvə reaktorunun soyudulması ilə bağlı həll yolu ilə yanaşı, layihə ilə əlaqədar bütün texniki suallar həll olunub. “Biz həqiqətən kosmik yedək gəmisi üzərində işləyirik. Nüvə reaktoru və yüksək gücə malik turbinlər sayəsində böyük yükləri bir orbitdən digərinə daşıya, kosmik tullantıları toplaya bilərik”, -deyə “Roskosmos”un rəhbəri qeyd edib.

Keçən il Rusiyanın “Luna-25” kosmik gəmisinin Ay missiyasının uğursuzluqla nəticələnməsindən sonra Moskva növbəti Ay missiyalarına başlayacağını, daha sonra Rusiya-Çin ekipajının birgə missiyası və hətta Ay bazası imkanlarını araşdıracağını bildirib.

Çin keçən ay bəyan edib ki, ilk çinli astronavtı 2030-cu ildən əvvəl Aya göndərməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki