image-1backend

Rusiya və Gürcüstan sərhədində 3200-dən çox yük maşını qalıb

image-reklam_sirab_01

“Verin Lars” keçid məntəqəsində 3200-dən çox yük maşını Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Sputnik agentliyinin Gürcüstan xidməti Şimali Osetiyanın Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına istinadən məlumat yayıb.

Noyabrın 26-dan 29-dək Qudauri-Kobe hissəsindən yük avtomobillərinin keçidi hava şəraiti ilə əlaqədar qadağan edilib, nəticədə növbə yaranıb.

Dekabrın 1-i səhər saatlarında Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün ümumilikdə 3236 yük maşını gözləyir.

Aparılan təmizlik işləri sayəsində noyabrın 29-u axşam saatlarında qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkətini bərpa etmək mümkün olub.

Razmavirakan yolu adlanan Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. “Kazbegi-Yuxarı Lars” keçid məntəqəsi isə hazırda Gürcüstan və Rusiyanın quru sərhədində fəaliyyət göstərən yeganə keçid məntəqəsidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki