Rusiyada son on ildə ilk dəfə olaraq alkoqol asılılığından əziyyət çəkənlərin sayı yenidən fantastik dərəcədə artmağa başlayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Komersant” qəzeti Rosstatın “Rusiyada səhiyyə-2023” toplusunun məlumatlarına istinadən yazır.
“2022-ci ildə bu göstərici (alkoqol asılılığı ilə yeni diaqnoz qoyulmuş xəstələrin sayı) müəyyən artım göstərib. İlk dəfə olaraq dispanserdə 54,2 min nəfər (onlardan 12,9 min nəfəri alkoqol psixozlu) müşahidə olunub”, – məqalədə deyilir.
Nəşr yazır ki, Rusiya Səhiyyə Nazirliyi 2024-cü ilin yanvarın 10-dan artıq hərəkətə keçib və qabaqlayıcı tədbirlər planı hazırlayıb.