image-1backend

Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib

image-reklam_sirab_01

Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib.

Hadisə Samara vilayətində qeydə alınıb. Bu gün səhər saatlarında naməlum şəxslər Zvezda-Çapayevsk dəmir yolu hissəsində körpünün dayaqlarını sındırmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlara ziyan dəyməyib.

Samara vilayətində dəmir yolu körpüsünün zədələnməsinə səbəb partlayıcı qurğunun işə salınması olub

Yerli sakinlər bildiriblər ki, partlayış səhər saat 6 radələrində baş verib.

Hazırda Moskvadan gələn dörd sərnişin qatarı və bir elektrik qatarı dayandırılıb.

Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri işləyir. Ölən və yaralananlar barədə məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki