image-1backend

Rusiyada hərbi xidmət müddəti artırılır

image-reklam_sirab_01

Rusiyada ikiillik hərbi xidmətə qayıtmaq lazımdır, çünki bu, “səfərbərlik resursunun keyfiyyətinin yüksəldilməsinə” kömək edəcək.

Vətəninfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulyov da öz Teleqram kanalında bildirib.

Qurulev əlavə edib ki, çağırışçıların sayını artırmaq əvəzinə xidmət müddətini iki ilə qədər artırmaq lazımdır.

Onun fikrincə, bu, çağırışçıların qeyri-kafi sayı problemini həll etməklə yanaşı, ehtiyatda olan kadrların hazırlanmasının keyfiyyətini yüksəldəcək.

Millət vəkili “gəncləri oxuduğu müddətdə, onlara lazımi təhsil vermədən ordudan uzaqlaşdıran” “saxta universitetlərdən” də narahatlığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki