image-image_750x_6565b4ed92f5ebackend

Rusiyada prezident seçkiləri bu tarixdə keçiriləcək – Gennadi Züqanov açıqladı

image-reklam_sirab_01

Rusiya Federasiyası Federal Şurası dekabrın 13-nə təyin edilmiş sessiyada Rusiyada gələn ilin martında keçirilməli olan prezident seçkilərini elan edəcək.

Vətəninfo.az TASS istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov məlumat verib.

“Məndə olan məlumata görə, Federal Şura dekabrın 13-də prezident seçkiləri kampaniyasına başladığını rəsmən elan edəcək”, o, jurnalistlərə bildirib.

Seçki qanunvericiliyinə görə, Rusiya Federasiyasında prezident seçkiləri 2024-cü ilin mart ayının ortalarında keçirilməlidir.

Federal Şuranın seçki tarixi ilə bağlı yekun qərarı 2023-cü ilin dekabrında verəcəyi gözlənilir, bundan sonra siyasi partiyalar seçkiqabağı qurultaylarını keçirməli və namizədlərini rəsmən irəli sürməlidirlər.

Məlumdur ki, hakim “Vahid Rusiya” dekabrın 17-də, Rusiya Kommunist Partiyası isə dekabrın 23-də qurultayını keçirəcək. “Həqiqət üçün ədalətli Rusiya” partiyası bundan əvvəl Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinin seçkilərdə iştirak edəcəyi təqdirdə onu dəstəkləmək niyyətində olduğunu bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki