image-1backend

Rusiyalı məşhur jurnalist yaralandı

image-reklam_sirab_01

“Rossiya-24” telekanalının müxbiri Boris Maksudov Ukrayna silahlı qüvvələrinin Zaporojya vilayətində atəşə tutması nəticəsində yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Departamentin məlumatına görə, noyabrın 22-də Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı reportaj hazırlayan bir qrup rusiyalı jurnalistə pilotsuz uçuş aparatı ilə  hücum edib.

Maksudov dərhal təxliyə edilib, ona tibbi yardım göstərilib, həyatı təhlükədə deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki