image-1backend

Rusiyanın 60 nəfərlik nümayəndə heyəti Ankaraya gəlir – Masada nələr var?

image-reklam_sirab_01
Rusiya baş nazirinin müavini Aleksandr Novak Türkiyəyə gəlir.

Vətəninfo.az xəbər verir ki, 60 nəfərlik Rusiya nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirəcək. Gündəmdə Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi məsələsi və taxıl müqaviləsi var.

“A Haber” Ankara Xəbər direktoru Məhəmməd Emin Karadağ, “Ankara diplomatiyası baş gicəlləndirir. Novak 60 nəfərlik heyətlə Türkiyəyə gəlir. Sabah Ankarada Türkiyə nümayəndə heyəti ilə rəsmi təmasları olacaq”,- deyə bildirib.

Qəzza məsələsi masada olacaq

Məhəmməd Emin Karadağ bunları belə izah edib:

“Türkiyə Qəzzada atəşkəsin təmin edilməsi üçün sıx səylər göstərir. Daimi sülhü təmin etmək üçün diplomatik əlaqələr davam edir. Rusiya ilə görüşdə də bu məsələ gündəmdə olacaq”.

Taxıl və təbii qaz məsələsi

Masada Türkiyənin təbii qaz mərkəzinə çevrilməsi məsələsi və taxıl müqaviləsi var. Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışıqlar apara bilən bir ölkə mövqeyindədir.

Türkiyə bu üstünlükdən istifadə etmiş və taxıl müqaviləsi imzalanmışdı. Bu müqavilə sayəsində dünyanın taxıla olan tələbatı ödənildi. Lakin son aylarda bu razılaşma həyata keçirilmir. Ona görə də yeni razılaşma ola bilərmi? Bu da, sabahkı iclasda müzakirə olunacaq.

Almaniyanın yeni taxıl müqaviləsi iddiası

Almaniya mətbuatında Türkiyə, Rusiya və Qətərin yeni taxıl müqaviləsinə razılaşacağı iddiası var idi. Alternativ razılaşma əldə oluna bilərmi? Bu məsələ müzakirə olunacaq.

Türkiyə heyətində kimlər olacaq?

Vitse-prezident Cevdet Yılmaz, Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Xarici İşlər Naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklının masa arxasında olacağı gözlənilir.publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki