image-1backend

Sankt-Peterburqda dəhşətli yangın: 12 nəfər itkin düşüb

image-reklam_sirab_01

“Wildberries” şirkəti yanvarın 13-də Sankt-Peterburqda yanan anbarda işləyən 12 əməkdaşın axtarışlarını davam etdirir. Bu barədə Vətəninfo.az  TASS-a istinadən xəbər verir .

“Biz anbarın daha dörd əməkdaşı ilə əlaqə saxladıq. Hazırda daha 12 nəfərlə əlaqə saxlayırıq. Anbar işçilərinin heç biri itkin düşmüş hesab edilmir”, – deyə şirkətdən bildirilib.

Bundan əvvəl “Wildberries” şirkətinin mətbuat xidməti məlumat vermişdi ki, Şuşarda yanmış anbarın 49 əməkdaşı ilə əlaqə saxlanılmayıb , şirkət nümayəndələri yaxınları ilə əlaqə saxlamaqda davam edir.

Yanvarın 13-də Sankt-Peterburqun Şuşar qəsəbəsində yerləşən “Wildberries” şirkətinin ticarət anbarında yanğın baş verib. Wildberries-in mətbuat xidmətində bildirilir ki, həmin gün Moskva vaxtı ilə saat 07:20-də anbarda 1200 nəfər olub. Zərərçəkənlər barədə məlumat verilməyib. Yanğın faktı ilə əlaqədar Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 201-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi açıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki