image-1backend

Şimali Koreya bərk yanacaqla işləyən səsdən sürətli ballistik raket buraxıb

image-reklam_sirab_01

Şimali Koreya bərk yanacaqla işləyən səsdən sürətli ballistik raketin uğurla buraxıldığını elan edib. İdarə olunan hipersəs döyüş başlığı daşıyan qitələrarası ballistik raket yanvarın 14-də buraxılıb. Bu barədə Vətəninfo.az Yonhap agentliyinə istinadən xəbər verir .

Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, buraxılış ölkənin güclü silah sistemləri yaratmaq səylərini yoxlamaq üçün həyata keçirilib. Pxenyan vurğulayıb ki, sınaq buraxılışı “qonşu ölkələrin heç birinin təhlükəsizliyinə təsir etməyib və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur”.

Cənubi Koreyanın hərbi idarəsinin məlumatına görə, raket yerli vaxtla saat 14:55-də Pxenyan yaxınlığından buraxılıb, təxminən 1000 km qət edib və sonra dənizə düşüb. Seul hesab edir ki, KXDR tərəfindən hazırlanmış bərk yanacaqla işləyən qitələrarası ballistik raket ABŞ-ın Yaponiya və Quamdakı hərbi bazalarını hədəfə almağa qadirdir. Qitələrarası ballistik raketlər 3000-5500 km uçuş məsafəsinə malikdir.

Şimali Koreya sonuncu dəfə dekabrın 18-də bərk yanacaqla işləyən qitələrarası ballistik raket buraxmışdı.

Cənubi Koreyanın müdafiə naziri raket buraxılışını BMT Təhlükəsizlik Şurasının KXDR-ə ballistik raket texnologiyasından istifadə etməyi qadağan edən qətnamələrini pozan “açıq-aşkar təxribat” adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki