image-1backend

Şimali Koreya Cənubi Koreya ilə əldə olunan sazişi ləğv edib

image-reklam_sirab_01

Şimali Koreya Cənubi Koreya ilə 19 sentyabr 2018-ci ildə imzaladığı hərbi gərginliyin azaldılmasına dair sazişi ləğv etdiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilib.

Məlumatda razılaşma səbəbindən ləğv edilən bütün hərbi tədbirlərin yenidən tətbiq ediləcəyi ifadə edilib.

Məlumatda həmçinin Şimali Koreya ordusunun artıq sözügedən razılaşmaya əməl etməyəcəyi, iki ölkə arasındakı hərbi sərhəd xəttinə daha güclü silahlı qüvvələrin və yeni hərbi texnikanın yerləşdiriləcəyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki