image-1backend

Şimali Koreya müharibə anonsu VERDİ

image-reklam_sirab_01

Şimali Koreya peyk yerləşdirmək də daxil olmaqla, suveren hüquqlarını həyata keçirməyə davam edəcəyini bəyan edib və ölkə qoşunları Cənubi Koreya ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini bərpa etməyə başlayıb. Bu barədə Vətəninfo.az-ın  “Reuters” agentliyinə istinadən xəbər verir .

Noyabrın 21-də KXDR kəşfiyyat peykini orbitə çıxarıb və bu, ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ və onun müttəfiqlərinin “hərbi əməliyyatlarını” izləmək zərurəti ilə diktə edilib.

Şimali Koreya peykin artıq fotoşəkillər göndərdiyini açıqlayıb. Şimali Koreyanın dövlət agentliyinin məlumatına görə, noyabrın 27-də ölkə lideri Kim Çen In kosmik agentliyi ziyarət edib və ABŞ-ın Quamdakı Anderson Hərbi Hava Qüvvələri bazasının və Roma da daxil olmaqla digər yerlərin peyk fotolarına baxıb.

KXDR-in peyk buraxmasından sonra Koreya Respublikası iki ölkə arasında 2018-ci ildə imzalanmış hərbi sazişi ləğv edib və sərhədə havadan nəzarətə başlayıb. Şimali Koreya da öz növbəsində, artıq saziş üzrə öhdəliklərinin olmadığını və Cənubi Koreya ilə sərhəddə silah yerləşdirməyə başlayacağını açıqlayıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya silahsızlaşdırılmış zonanın sərhədi boyunca ağır silahlar yerləşdirir və saziş imzalandıqdan sonra ölkələrin məhv etdiyi nəzarət-buraxılış məntəqələrini bərpa edir.

Noyabrın 22-də ABŞ və BMT Təhlükəsizlik Şurasının 9 üzvü Şimali Koreyanın ballistik raket texnologiyası ilə peyk buraxmasını pisləyib və bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıb.

ABŞ, həmçinin noyabrın 27-də peykin buraxılması məsələsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki