image-1backend

Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər buraxıb

image-reklam_sirab_01

Martın 18-də səhər saatlarında Şimali Koreya Yapon dənizinə doğru ballistik raketlər buraxıb. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Kyodo agentliyi Yaponiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Raketlər maksimum uçuş hündürlüyü 50 km olmaqla hər biri 350 km uçdu. Nəşrin məlumatına görə, onlar Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüblər.

Yaponiyanın baş naziri Fumio Kişida raket buraxılışını pisləyib və bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin “kobud şəkildə pozulması” adlandırıb.

Cənubi Koreya da öz növbəsində onların Pxenyan yaxınlığından buraxılan qısa mənzilli ballistik raketlər olduğunu açıqlayıb.

Bu açıqlama ABŞ dövlət katibi Entoni Blinkenin Koreya Respublikasının Prezidenti Yun Suk-yeolun ev sahibliyi etdiyi konfransda iştirak etmək üçün Seulda olduğu vaxta təsadüf edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki