image-1backend

Stoltenberq: “Abxaziya və Cənubi Osetiya Gürcüstanın bir hissəsidir”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransında çıxış edərək, yenidən ölkənin ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Cənubi Osetiya və Abxaziya Gürcüstanın bir hissəsidir. NATO Rusiyanı Gürcüstan ərazilərinin müstəqil dövlət kimi tanınmasını ləğv etməyə çağırmaqda davam edir”.

Stoltenberq Rusiyanın Gürcüstan və Ukraynanın işğal olunmuş ərazilərində seçkilər keçirməsinin qeyri-qanuni olduğuna işarə edərək əlavə edib ki, Rusiyada keçirilən prezident seçkiləri “nə azad, nə də ədalətli” olub.

NATO-nun baş katibi bildirib ki, NATO-nun ən yaxın tərəfdaşlarından biri olan Gürcüstan “mürəkkəb təhlükəsizlik problemləri ilə üz-üzədir”.

Onun sözlərinə görə, Rusiya imperiya ambisiyalarını həyata keçirməkdə davam edir və Ukraynada döyüş meydanında vəziyyət çətin olaraq qalır. “Buna görə də dəstəyimizi artırmağa davam etməyimiz çox vacibdir” dedi.

Regional tur çərçivəsində Stoltenberq artıq Azərbaycana səfər edib. Tbilisidən Şimali Atlantika Alyansının baş katibi İrəvana yola düşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki