Telegram-ın işində kütləvi axsamalar müşahidə olunub. Vətəninfo.az xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən Downdetector xidməti məlumat yayıb. İstifadəçilərin əksəriyyəti əlaqə problemlərini, digərləri isə məlumatı yeniləyə bilmədiklərini və ya yeni mesajlar ala bilmədiklərini bildirdilər.
Doni Rostov və Krasnodar istifadəçiləri nasazlıqlar barədə noyabrın 30-da səhər məlumat veriblər və qeyd ediblər ki, proqram işləməyi dayandırıb, mesajlar görünmür, foto və videolar yüklənmir.
Lakin məlum olub ki, digər ölkələrdə də fasilələr müşahidə olunub. Almaniya, Özbəkistan və Qazaxıstandan olan istifadəçilər də messencerdən istifadə edə bilmədiklərini bildiriblər.
Telegram nümayəndələri hələlik baş verənlərə münasibət bildirməyiblər.


























