ABŞ-ın keçmiş prezidenti Donald Tramp ona qarşı bir neçə cinayət işinin açılmasına baxmayaraq, Respublikaçıların Ayova ştatında keçirilən praymerizində liderdir. Vətəninfo.az-ınməlumatına görə , Reuters agentliyi səsvermənin ilkin nəticələri barədə məlumat yayıb.
Trampdan qat-qat aşağı nəticə göstərən Florida qubernatoru Ron DeSantis ikinci, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli isə üçüncü yerdədir.
Səslərin 95%-i hesablandıqdan sonra respublikaçıların 51%-i prezident seçkilərində Trampın namizədliyinə, 21%-i DeSantisə, 19%-i isə Heyliyə səs verib. Sahibkar Vivek Ramasvami 8% səs toplayıb və tərəfdarları qarşısında çıxışında Donald Trampı dəstəkləyərək yarışı bitirib.
Bu nəticələr göstərir ki, Tramp 2021-ci ildə iki impiçmentə baxmayaraq, respublikaçı seçicilər arasında hələ də populyardır.


























