image-1backend

Türkiyə prezidenti Qətərdə səfərdədir

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim ibn Həməd əl-Taninin dəvətilə Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu Toplantısında iştirak etmək üçün Qətərin paytaxtı Dohada səfərdədir.

Vətəninfo.az xəbər verir ki, Ərdoğanı Həmad beynəlxalq hava limanında Qətər baş nazirinin müavini və müdafiə naziri Halid ibn Məhəmməd əl-Atiyyə, Türkiyənin Qətərdəki səfiri Mehmet Mustafa Göksu və digər əlaqədar şəxslər qarşılayıblar.

Türkiyə prezidenti Qətər əmiri ilə təkbətək görüşdən sonra 9-cu Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin iclasında iştirak edəcək.

Birgə müqavilələrin imzalanmasından sonra Ərdoğan əl-Tani tərəfindən onun şərəfinə veriləcək rəsmi şam yeməyinə qatılacaq.

Bu gün  Qətərdə keçiriləcək Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının toplantısında da iştirak edəcək Türkiyə prezidentinin İsrailin Qəzzaya hücumları ilə bağlı mühüm mesajlar verməsi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki