image-1backend

Türkiyə Putinin səfərinə hazırlaşır

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin konkret tarixləri hələlik məlum deyil, lakin hazırlıqlar davam edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin aparatındakı mənbə məlumat verib.

“Xeyr, hələlik konkret tarixlər məlum deyil, lakin cənab Prezidentin tapşırığı ilə müvafiq şöbələrə hazırlıq işləri aparılır, hesabatlar və rəhbərlər arasında danışıqların aparılması üçün təkliflər veriləcək”, – agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putini martın 31-də keçiriləcək yerli seçkilərdən sonra qəbul etməyi gözlədiyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki