Türkiyənin cənubunda yerləşən Hatay vilayətində zəlzələ baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərin aradan qaldırılması idarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, yeraltı təkanların gücü 4,2 bal, zəlzələnin ocağı isə 7 km dərinlikdə yerləşib.
Samandağ rayonunda zəlzələlər qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən ilin fevralında Türkiyədə qeydə alınan dağıdıcı zəlzələdən Hatay vilayəti də böyük zərər görüb.